Sabiq bankir Xankəndidə biznes fəaliyyətinə başladı Foto

03.02.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xankəndi şəhərində “Texniki Nəzarət” adlı şirkət yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, şirkət Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsində 100 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.

Şirkətin qanuni təmsilçisi isə Elcan Söhrab oğlu Abdullayevdir.

Qeyd edək ki, E.Abdullayev uzun illər bank sektorunda fəaliyyət göstərib. O, “Kapital Bank”, “AFB Bank”, “Expressbank” və “Respublika Bank”da müxtəlif yüksək vəzifələrdə çalışıb. Bağlanmış “Deka Bank”da İdarə Heyətinin üzvü olub. O, 2022-ci ildən isə bank sektorundan ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью