Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Hayduk"un futbolçusu İvan Rakitiç peşəkar karyerasını başa vuracaq.
Apasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Split təmsilçisinin heyətində son ev oynuna Xorvatiya çempionatının XXXV turunun "Riyeka" ilə matçında (2:1) çıxıb.
Xorvatiyalı oyunçu həftəsonu "Şebenik" qarşısında isə karyerasının son oyununu keçirəcək.
Xorvatiya millisinin sabiq üzvü bundan sonra peşəkar karyerasını başa vuracaq.
Qeyd edək ki, İvan Rakitiç "Bazel"in yetirməsidir. Təcrübəli futbolçu karyerası ərzində "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da çıxış edib.
Sane İngiltərəyə qayıda bilər Super Liqanı tərk edəcək daha bir komanda bəlli olub Fariolidən istefa qərarı Laporta Ansu Fatini komandada saxlamaq istəyir Mahir Almaniyada turun rəmzi komandasına düşüb