Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Barselona”nın sabiq müdafiəçisi Serxi Roberto karyerasını ABŞ-də davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı ispaniyalı futbolçu MLS təmsilçisi “Los-Anceles Gelaksi” ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kluba azad agent statusunda keçid edən 34 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Sözləşməyə müddətin daha bir il uzadılması bəndi də daxil edilib.
Karyerası ərzində “Barselona” və “Komo” klublarında çıxış edən S. Roberto ötən mövsüm İtaliya təmsilçisinin heyətində 24 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.