Sabiq “Barselona”lı “Yuventus”a keçə bilər

08.05.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Nitsa”nın futbolçusu Jan-Kler Todibo karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Turin təmsilçisi Todibonu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir.

Müdafiəçi 2021-ci ildə “Barselona”dan “Nitsa”ya keçib. 24 yaşlı oyunçu ötən mövsümdə 33 oyunda 3 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью