Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Tailandın keçmiş baş naziri Taksin Şinavatra keçmişdə korrupsiya və səlahiyyətlərdən sui-istifadə ittihamları ilə aldığı həbs cəzasının 8-ci ayında şərti azadlığa buraxılıb.
"Cebheinfo.az" xəbər verir ki, “Bangkok Post” qəzetinin məlumatına görə, məhkəmə bir illik həbs cəzasının 8 ayını çəkən Şinavatranın şərti azadlığa buraxılmasına qərar verib.
Banqkokdakı həbsxanadan azad edilən Şinavatra ailə üzvləri və “Qırmızı Köynəklilər” kimi tanınan tərəfdarlarının böyük izdihamı tərəfindən coşqu ilə qarşılanıb.
Şərti azadlıq çərçivəsində Şinavatra qalan 4 aylıq həbs müddəti ərzində elektron qolbaq taxacaq.
Tailand Ali Məhkəməsi keçmiş baş nazir Şinavatraya korrupsiya və səlahiyyətlərdən sui-istifadə ittihamları üzrə 2025-ci ilin sentyabrında 1 il həbs cəzası vermişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin