Sabiq Baş nazir KİNOYA GƏLİR

13.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kanadanın keçmiş Baş naziri Castin Trüdo film, serial və digər əyləncə layihələrinin istehsalı ilə məşğul olacaq yeni şirkət yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Hope and Hard Work” (“Ümid və Çətin İş”) adlandırılan şirkət Trüdonun uzun illər siyasi çıxışlarında tez-tez istifadə etdiyi ifadənin adını daşıyır.

Trüdo şirkəti uzun müddət onun baş qərargah rəhbəri vəzifəsində çalışmış Keti Telfordla birlikdə təsis edib. Şirkətin açıqlamasında bildirilib ki, əsas məqsəd film, televiziya, audio layihələri və canlı tədbirlər vasitəsilə insanları bir-birini görməyə, anlamağa və əlaqə qurmağa təşviq edən hekayələr yaratmaqdır.

Qeyd edək ki, Kanadanın Liberal Partiyasının reytinqinin aşağı düşməsindən sonra Castin Trüdo 2025-ci ildə baş nazir vəzifəsindən istefa verib. Bununla belə, o, ictimai çıxışlarını və müxtəlif mövzularda açıqlamalarını davam etdirib.

Trüdonun siyasi fəaliyyətdən sonra media və əyləncə sektoruna yönəlməsi yeni şirkəti vasitəsilə film, televiziya və digər yaradıcı layihələr həyata keçirməsi ilə nəticələnə bilər.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью