Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib.
“Magyar Nemzet” nəşrinin məlumatına görə, Budapeştin Mərkəzi Rayon Məhkəməsi Aron Orbanın 30 gün müddətinə həbsdə saxlanılması barədə qərar çıxarıb. İş üzrə daha üç nəfər də şübhəli qismində keçir.
Aron Orban noyabrın 9-da qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl Paraqvayın keçmiş prezidenti Santyaqo Penyanın da təxminən 3 milyon müştərinin hesablarının bloklanması ilə əlaqəli “Ueno Bank” işi üzrə istintaq çərçivəsində saxlanıldığı bildirilmişdi.
Post navigation