Sabiq baş nazirə bu dəfə yumurta atdılar ANBAAN GÖRÜNTÜLƏR

17.02.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyayaya Tbilisi hava limanında yumurta atılıb.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verib.

Yayılan videoda keçmiş baş nazirə qışqıraraq “Artıq USAID tərəfindən maliyyələşdirilmirsən?”, “Sən artıq korrupsioner, prinsipsiz agent deyilsən?” deyilir.

“Gürcüstan Naminə Qaxariya” partiyasının üzvü Beka Liluaşvili bildirib ki, bu, partiya lideri “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin tərəfdaşlarının təşəbbüsüdür:

Qeyd edək ki, Qaxariya daha əvvəl Batumidəki “Şeraton” hotelində silahlı hücuma məruz qalmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью