Sabiq baş nazirə hücum olub

15.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.

Modern.az xəbər verir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.

Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib.

Qaxariyanın klinikaya yerləşdirildiyi bildirilir. Siyasətçinin burnu qurulduğu qeyd olunub.

Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью