Sabiq baş naziri döydülər Qonşuda

15.01.2025

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Batumidə naməlum şəxslər müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariyanı döyüb.

Publika.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Hadisə "Şeraton" otelində baş verib. Orada bir neçə nəfər ölkənin keçmiş baş nazirini ciddi şəkildə döyüb.

"Partiya üzvləri Qaxariyaya hücumda bir neçə nəfərin əli olduğunu bildiriblər", - məlumatda deyilir.

Batumi xəstəxanasının həkimlərinin bildirdiyinə görə, müxalifət partiyasının lideri beyin silkələnməsi və burnu sınmış vəziyyətdə tibb müəssisəsinə aparılıb. Lakin bir müddət sonra siyasətçi xəstəxananı tərk edib.

Adəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью