Sabiq baş nazirin qatilinə hökm oxundu | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaponiya məhkəməsi ölkənin sabiq baş naziri Şinzo Abeni qətlə yetirməkdə təqsirləndirilən 45 yaşlı Teçuya Yamaqamini ömürlük həbs cəzasına məhkum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.
Qeyd edilib ki, T.Yamaqami 2022-ci ilin iyulunda Nara şəhərində seçki kampaniyası zamanı Abe silahdan açılan atəş nəticəsində öldürüldükdən dərhal sonra hadisə yerində saxlanılıb.
Ölkənin ən uzun müddət vəzifədə olmuş baş naziri Abe 67 yaşında idi.
Prokurorlar ötən ay ömürlük həbs cəzası tələb edərək bu əməli “müharibədən sonrakı tarixdə analoqu olmayan son dərəcə ağır hadisə” adlandırıblar.
Safura Bənnayeva Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu