Sabiq baş nazirlə sevgili olduğunu TƏSDİQLƏDİ | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məşhur amerikalı müğənni Keti Perri və Kanadanın sabiq baş naziri Castin Trüdo münasibətlərini rəsmi şəkildə təsdiqləyiblər.
Moderator.az xəbər verir ki, Keti Perri sosial media hesabında Yaponiyaya birlikdə etdikləri səfərdən foto və videolar paylaşıb.
Perri hazırda dünya turu çərçivəsində Yaponiyada çıxış edir.
Səfər zamanı Trüdo da paylaşımlara qoşulub və o, keçmiş Yaponiya baş naziri Fumio Kişida və həyat yoldaşı Yuko ilə birgə çəkilmiş fotonu X platformasında paylaşaraq belə yazıb: “Görüşməyimizə çox sevindik.
Mən və Kety sizinlə vaxt keçirməkdən məmnun olduq. Fumio, dostluğunuza və qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasına dəstəyinizə gör
Cütlük bu vaxta qədər münasibətləri barədə rəsmi danışmasa da, aylardır internetdə yayılan birgə görüntülər şayiələri gücləndirib.
Kety Perri uzun illər aktyor Orlando Blum ilə münasibətdə olub. 10 illik birlikdən sonra cütlük bu ilin yayında ayrıldığını açıqlayıb.
Tam oxu
Xəbəri oxu