Sabiq baş prokuror harada dəfn ediləcək?

17.02.2025

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlyas İsmayılovun dəfn yeri məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Elxan Şükürlü məlumat yayıb.

O bildirib ki, İ.İsmayılovun cənazəsi sabah 11:00-da Heydər Məscidindən götürüləcək:

“İlyas müəllim vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda Heydər Məscidində olacaq”.

Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov bu gün 87 yaşında vəfat edib./Milli.Az/

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью