Sabiq Beşiktaş lı Avropaya qayıtdı

30.09.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Tanınmış misirli yarımmüdafiəçi Məhəmməd Elneninin yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, Yunanıstanın "Levadiakos" klubu onun transferini elan edib. 

Bu barədə klubun sosial media hesabında məlumat yayılıb.

Elneni BƏƏ-nin "Əl-Cəzirə" klubundan ayrıldıqdan sonra azad agent idi. Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Levadiakos" hələlik müqavilənin detallarını açıqlamayıb.

34 yaşlı futbolçu karyerası ərzində İsveçrənin "Bazel", London "Arsenal"ı və Türkiyənin "Beşiktaş" komandalarında oynayıb. "Transfermarkt" onun hazırki bazar dəyərini 1,2 milyon avro qiymətləndirir.

Elneni yeni komandasında ilk oyununu 11 oktyabrda, "Levadiakos"un çempionatda "İraklis"lə qarşılaşacağı oyunda keçirə bilər.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью