Sabiq “Beşiktaş”lı yenidən Super Liqada

20.08.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Konyaspor" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Əl-Xolud"dan Cekson Mulekanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Konyaspor" konqolu forvardla 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Əl-Xolud" Cekson Mulekanı ötən ilin yayında "Beşiktaş"dan transfer etmişdi. 25 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Cengiz Ünder heyətdən kənarlaşdırıldı "Arsenal"ın müdafiəçisi "Porto" yolunda Kevin Trapp "Paris"də "Mançester Siti" 3 milyona görə "Qalatasaray"ın təklifini rədd etdi "Sevilya"dan İtaliya çempionuna
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью