Sabiq “Çelsi”li “Vulverhempton”da

08.09.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin “Vulverhempton” klubu “Çelsi” və “Aston Villa”nın sabiq futbolçusu Bertran Traorenin transferini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 31 yaşlı cinah oyunçusu “canavarlar”a azad agent kimi qoşulub. Tərəflər arasında birillik müqavilə imzalanıb.

Traorenin son klubu “Sanderlend” olub. Burkina-Fasolu futbolçu “Çelsi”nin yetirməsidir və 2014-cü ildə London klubunun əsas komandasında debüt edib. O, karyerası ərzində “Vitesse”, “Ayaks”, “Lion”, “Aston Villa”, “İstanbul Başakşəhər” və “Vilyarreal”da da çıxış edib.

Qeyd edək ki, “Vulverhempton” ötən mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edərək Çempionşipə düşüb. Komanda cari mövsümdə beş turdan sonra 8 xalla doqquzuncu pillədə qərarlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью