Sabiq deputat 2 aylıq həbs edilib

14.08.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanın İrəvan şəhərində məhkəmə parlamentin sabiq deputatı Martun Qriqoryanın iki ay müddətinə həbs edilməsinə qərar verib. Bu barədə onun vəkili Arsen Babayan bildirib.

Modern.az xəbər verir ki, siyasətçi seçicilərin satın alınması ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Qriqoryanın saxlanılması barədə avqustun 13-də səhər saatlarında onun tərəfdarı, Gümrü Ağsaqqallar Şurasında “Bizim şəhər” fraksiyasına rəhbərlik edən Liza Qasparyan məlumat yayıb. Daha sonra bu məlumatı vəkil Arsen Babayan da təsdiqləyib.

Martun Qriqoryan iyun ayında keçirilən parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyasının siyahısı ilə iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью