Sabiq deputat evində HƏYATINI İTİRDİ

25.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kürdəmirin sabiq deputatı Fərhad Həsən oğlu Qəribov Bakıda öz evində dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Fərhad iki çağırış Milli Məclisin Kürdəmirdə seçilmiş deputatı olub
 

Fərhad Həsən oğlu Qəribov 1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. 1 kitabın müəllifidir.


1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib.
1977-ci ildən "Muğanmeliorasiyasutikinti" Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən "Kəndtikinti" Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb.
Fərhad Qəribov anadan olduğu Kürdəmir rayon Muradxan kənd qəbiristanlığında dəfn olunacaq.
Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью