Sabiq deputat VƏFAT ETDİ

10.01.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq deputatı Əhməd İyimaya vəfat edib.

Modern.az-ın məlumatına görə, o, Ankarada dünyasını dəyişib.

Cənazə Gölbaşı qəbiristanlığında torpağa tapşırılacaq.

22 noyabr 1950-ci ildə Amasyada anadan olan Ahmet İyimaya Ankara Universitetinin Hüquq fakültəsini bitirib.

İyimaya 20 və 21-ci çağırışlarda Doğru Yol Partiyasından, 23, 24, 25 və 26-cı dövrlərdə isə AK Partiyadan millət vəkili seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью