Sabiq deputata yeni vəzifə verildi

06.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin V çağırış deputatı Elçin Quliyevə yeni vəzifə verilib.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri təyin olunub.

Qeyd edək ki, bu vəzifəni əvvəllər Samir Vəliyev tutub. O, sentyabrın 1-də keçirilən parlament seçkilərində deputat seçildiyi üçün vəzifəsindən azad edilib.

Elçin Quliyev 1960-cı il sentyabrın 12-də Sabirabad şəhərində anadan olub. O, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olub.

Məlumatı daha əvvəl “unikal” saytı yayıb. Qeyd olunur ki, Ramil Mirzəyev isə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью