Sabiq deputatın oğluna vəzifə verildi

23.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) 49 saylı Abşeron ikinci seçki dairəsi üzrə Dairə Seçki Komissiyasına sədr təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Musayev 49 saylı Abşeron ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, V.Musayev Milli Məclisin I çağırış deputatı olmuş Səfyar Musayevin oğludur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью