GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Rusiya hüquq-mühafizə orqanları Ali Radanın keçmiş deputatı İlya Kivaya sui-qəsd ittihamı ilə biznesmen Arayik Əmirxanyanı saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
İstintaqın məlumatına görə, mərhumu izləyən və yeri barədə Ukrayna Təhlükəsizlik Xidmətinə məlumat ötürən A.Əmirxanyan olub.
Xatırladaq ki, Kivaya sui-qəsd 2023-cü il dekabrın 6-da baş verib. O, Moskvada otelin yaxınlığında ölü tapılıb.
Safura Bənnayeva
Globalinfo.az