Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Fənərbağça”nın sabiq futbolçusu Jailsonun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, “Selta”dan ayrılan yarımmüdafiəçi “Los Anceles”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.
Jailson ötən mövsümdə 13 oyuna çıxıb.
Braziliyalı futbolçu 2018-2020-ci illərdə “Fənərbağça”da forma geyinib.