Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Texas polisi “Formula-1” yarışlarının sabiq pilotu, braziliyalı Antonio Pitsoniyanı saxlayıb.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri “Formula Passion” portalı yayıb.
Bu qaynağın yaydığı xəbərə görə, 45 yaşlı Pitsoniya bir başqa şəxsə hücum etdiyi üçün həbs olunub. Pitsoniyanın oğlunun da iştirak etdiyi kartinq yarışından sonra sabiq pilotla digər iştirakçının atası arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Pitsoniya girov müqabilində azadlığa buraxılıb.
Braziliyalı 2003-05-ci illər aralığında “Uilyams” və “Yaquar” komandalarının heyətində “Formula-1” yarışlarında çıxış edib. Bir dəfə də fəxri kürsüyə qalxmayıb, ən yaxşı nəticəsi (7-ci yer) 2004-cü ildə keçirilən Almaniya mərhələsində qeydə alınıb.