Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ hüquq-mühafizə orqanları tərəfindən sosial şəbəkədəki paylaşımı ABŞ prezidenti Donald Trampın öldürülməsinə çağırış kimi qiymətləndirilən FTB-nin sabiq direktoru Ceyms Komi Məxfi Xidmət nümayəndələri ilə görüşüb

APA xəbər verir ki, bu haqda “Fox News” adı açıqlanmayan mənbələrə istinadən məlumat verib.

Kominin sosial media hesabında 8647 rəqəmini paylaşması hüquq mühafizə orqanları tərəfindən Trampın öldürülməsinə çağırış kimi dəyərləndirilib. Məhz bundan sonra o həmin paylaşımını silib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью