Sabiq futbolçu avtomobil qəzasına düşdü

08.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Türkiyə millisinin sabiq futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Emre Belözoğlu İstanbulda avtomobil qəzası keçirib. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, Beykoz rayonunda qəza keçirən idmançı ayağında zədələnib və xəstəxanaya yerləşdirilib.

O, həkimlərin müdaxiləsindən sonra evə buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью