Sabiq futbolçu dünyasını dəyişdi

25.04.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Argentina futboluna itki üz verib. Ölkə yığmasının sabiq qapıçısı Uqo Qatti vəfat edib.
O, aprelin 20-də 80 yaşında dünyasını dəyişib. Təxminən iki ay əvvəl qəza keçirən veteran futbolçu omba nahiyəsindən əməliyyat olunmuşdu. Sonradan onun vəziyyəti infeksiya səbəbindən ağırlaşmışdı. Sabiq futbolçu Buenos Ayresdəki xəstəxanalardan birində vəfat edib.
Qatti futbolçu karyerasını Argentinada keçirib. “Atlanta” (1962-64), “River Pleyt” (1964-68), “Ximnasiya” (1969-74), “Union” (1974-75) və “Boka Xuniors”da (1976-88) çıxış edib. Argentina çempionatında 26 mövsüm keçirən qapıçı 765 oyunda meydana çıxıb.
“Boka Xuniors” ilə üç dəfə Argentina çempionatının, iki dəfə Libertadores Kubokunun və bir dəfə Qitələrarası Kubokun qalibi olub. 1966-77-ci illərdə 18 matçda Argentina yığmasının qapısını qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью