Sabiq futbolçu silahlı hücuma məruz qaldı | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Danimarka yığmasının sabiq hücumçusu Niklas Bendtner Nyu York şəhərində silahlı hücuma məruz qalıb.“Daily Mail”in məlumatına görə, o, başqa bir sabiq futbolçu ilə şəhərdə gəzərkən onlara bıçaqlı bir şəxs hücum edib.
Niklasın dostu üzündən və qulağından aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
O, adam öldürməyə cəhd etməklə ittiham olunub. Məlumatda hücum edən şəxsin psixi xəstəliklərdən əziyyət çəkdiyi də qeyd edilir.Bendtner kary
36 yaşlı sabiq futbolçu əsasən “Arsenal”, “Yuventus” və “Volfsburq”dakı çıxışı ilə tanınır.
Niklasın 2006-18-ci illərdə Danimarka yığmasında 81 oyuna 30 qol vurduğunu da xatırladaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu