Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsveçrə yığmasının sabiq müdafiəçisi Ştefan Lixtştayner yeni təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, 42 yaşlı mütəxəssis bundan sonra “Bazel”i alışdıracaq. İsveçrə klubunun mətbuat xidmətinin məlumatına görə, onunla müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Lixtştayner 2022-24-cü illərdə “Bazel”in gənclərdən ibarət komandalasını çalışdırıb, sonra “Vettsvil-Bonstetten”ə rəhbərlik edib.
Lixtştayner futbolçu karyerası ərzində “Yuventus”, “Arsenal”, “Qrasshopper”, “Lill”, “Latsio” və “Auqsburq”da oynayıb. O, “Yuventus”la 7 dəfə İtaliya çempionu olub. Həmçinin 2005-19-cu ildə İsveçrə yığmasının formasını geyib.