Sabiq hakimlər vəkil oldular FOTO | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakimi Vəkillər Kollegiyasına üzv qəbul olub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, bunlar Azad Məcidov və Mahmud Ağalarovdur.
Onların hər ikisi Vəkillər Kollegiyasının Rəyasət heyətinin bugünkü iclasında vəkil andı içiblər və kollegiyaya üzv olublar.
Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib.
Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.
Azad Məcidov 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.
Bu illər ərzində o, ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb.
Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, “Bravo” hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir.
Tam oxu
Xəbəri oxu