Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gədəbəy rayonunun sabiq icra başçısı Ramiz Əmir oğlu Bağırov vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.
O, Gədəbəy rayonunun Çalburun kəndindən olub və 8 il (1993-2001) rayonun icra başçısı vəzifəsində çalışıb.