Sabiq icra başçısı xidməti pasportunu itirib O, bu pasportu necə alıb?

06.02.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib.

Mia.az “Teleqraf”a istinadən xəbər verir ki, sənədin hansı şəraitdə itdiyi məlum deyil.

R.Məmmədova xidməti pasportu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) verib.

Artıq itən sənədin etibarsız sayılması barədə elan dərc olunub.

Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub. 2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью