Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirildi

20.11.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biləsuvarın sabiq icra başçısı - 8 il 3 ay həbs cəzasına məhkum edilmiş Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdirilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Mahir Quliyev ciddi rejimdən daha yüngül- ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, eks-icra başçısı 2020-ci ildə korrupsiya ittihamı ilə həbs edilib. 5 ildir həbsdədir. O, hazırda həkim nəzarətində saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью