Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirildi

20.11.2025

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Biləsuvarın sabiq icra başçısı – 8 il 3 ay həbs cəzasına məhkum edilmiş Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdirilib.

Hurriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Mahir Quliyev ciddi rejimdən daha yüngül- ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, eks-icra başçısı 2020-ci ildə korrupsiya ittihamı ilə həbs edilib. 5 ildir həbsdədir. O, hazırda həkim nəzarətində saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью