Sabiq icra başçısının həbs müddəti uzadılıb Məhkəmə qərar verdi

14.10.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsindəki həbs müddəti bu gün uzadılıb.

Mia.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay müddətinə artırılıb.

Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyun ayında keçirdiyi əməliyyat zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью