Sabiq idarə rəisi azadlığa buraxılıb | Icma.az
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rütbədən məhrum edilmiş general Mövlam Şixəliyevlə eyni cinayət işi üzrə məhkum olunmuş polkovnik Elcan Abdullayev vaxtından əvvəl azadlığa buraxılıb.Məlumata görə, məhkəmənin qərarı ilə polkovnikin cəzasının qalan 1 ili şərti hesab edilib.Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.Qeyd edək ki, Elcan Abdullayev MTN-də idarə rəisi vəzifəsində çalışıb.
O, vəzifə səlahiyyətlərini aşmaqla hədə-qorxu yolu ilə tələb etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdi.Xatırladaq ki, eyni iş üzrə məhkum edilmiş general Nizami Şirinov 2 həftə əvvəl azadlığa buraxılıb, Mövlam Şixəliyev isə hazırda həbsdədir/Qafqazinfo Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu