Sabiq İran səfiri: AzTV yə dair rəy səhvdir VİDEO

17.08.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"AzTV-nin "düşmən media" siyahısına salınması səhvdir".

"Yeni Sabah" Səhər TV-yə istinadla xəbər verir ki, bunu İslam Respublikasının Bakıdakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

O, Azərbaycan-İran münasibətlərinin gələcəyini müsbət qiymətləndirərək, iki ölkə arasındakı əlaqələrin əvvəlki illərlə müqayisədə daha yaxşı olduğunu vurğulayıb. pizza hut

Sabiq səfir rəsmi dövlət kanalı olan AzTV-nin "düşmən və terrorçu kanallar" siyahısına salınmasının düzgün addım olmadığını da dilə gətirib:

"Mən elə düşünmürəm ki, AzTV-ni düşmən və terrorçu kanallar siyahısına salmalıyıq. Məsələn, bu telekanalı "Iran International" kimi kanallarla eyni siyahıya yerləşdirməməliyik. Fikrimcə, bu, bir növ səhvdir".

Aytəkin Əzizqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью