Sabiq klub prezidenti Boludakı yanğında həyatını itirib

22.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bolu Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğında 76 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb. Sport24.az xəbər verir ki, yanğında həyatını itirənlər arasında jurnalist Nedim Türkmen, onun həyat yoldaşı və 2 övladının da olduğu bildirilir.

Qeyd edək ki, Nedim Türkmen, 2009-cu ildə "Orduspor"un prezidenti seçilmiş və vəzifəyə gəldikdən iki il sonra "Orduspor" Superliqaya yüksəlmişdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью