Sabiq klubu Dani Alveşdən təzminat tələb edir

11.03.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meksikanın “Pumas” klubu həbsxanada olan Dani Alveşdən təzminat tələb edir.

Apasport.az xəbər verir ki, bu barədə “sport.es” nəşri məlumat yayıb. “Pumas” Alveşin zorlama işinə görə həbsxanada olmasının klubun imicinə xələl gətirdiyini iddia edir və sabiq müdafiəçidən 6 milyon avro təzminat istəyir.

Alveşin məhkəməsi martın 25-də olacaq.

Dani Alveş 2022-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Pumas”da çıxış edib. Futbolçunun həbs olunmasından sonra klub onun müqaviləsinə xitam verib. Dani Alveş 2023-cü ilin yanvarında həbs olunub.

Keçmiş braziliyalı oyunçu karyerası ərzində “Sevilya”, “Yuventus”, “Barselona”, PSJ kimi klublarda çıxış edib.

"Səbail"in legioneri milliyə çağırılıb Azərbaycan çempionu müəyyənləşir - "Zirə", yoxsa "Birbaşa Bakı"? "Kəpəz"in futbolçusu Tacikistan millisinə çağırılıb AFFA-nın ögey övladları - Palan döyəcləməyə davam Tarixdə 10-cu, mövsümdə ilk
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью