Sabiq klubu Qurban Qurbanovu təbrik etdi

29.01.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabiq klubu Qurban Qurbanovu təbrik etdi

Rusiyanın “Baltika” klubu sosial media hesablarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Çempionlar Liqasındakı tarixi uğurundan bəhs edən paylaşım edib.

QOL.az xəbər verir ki, Kalininqrad təmsilçisi sabiq futbolçusunu pley-off mərhələsinə yüksəlməsi münasibətilə xüsusi postla təbrik edib:

"Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bəs bunun bizim klubla nə əlaqəsi var? Çox sadə: Ağdam komandasına “Baltika”nın keçmiş üzvü rəhbərlik edir!"

Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın formasını geyinib. O, bu klubun heyətində 14 rəsmi matçda meydana çıxaraq 1 qolla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью