Sabiq klubu Sarrini geri qaytarır İki illik müqavilə təklif etdi

30.05.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış italiyalı məşqçi Mauritsio Sarri yenidən A Seriyasında çalışacaq. 

Fanat.Az xəbər verir ki, informasiyanı “Corriere dello Sport” yayıb.

Mənbənin məlumatına görə, 2021-ci ildən 2024-cü ilin martına qədər "Latsio"ya başçılıq etmiş təcrübəli mütəxəssis Roma klubunun rəhbərliyindən yeni təklif alıb. 66 yaşlı mütəxəssisə bonuslar nəzərə alınmadan, illik 2,8 milyon avro maaş müqabilində iki illik müqavilə təklif olunub. Artıq danışıqlara start verilib. Belə ki, “Latsio”nun idman direktoru Angelo Fabiani məşqçinin nümayəndələri ilə görüşüb. 

Sarri ilə "Atalanta" da maraqlanır. 

Ötən mövsümün sonunda "Latsio" A Seriyasında 38 turda 65 xal toplayaraq 7-ci yeri tutub.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью