Sabiq klubuna qayıtdı

13.01.2026

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Radamel Falkaonun yeni komandası müəyyənləşib. 39 yaşlı hücumçu yenidən vətənində çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, Kolumbiya yığmasının keçmiş hücumçusu sabiq komandası “Milyonarios”a qayıdıb. Bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb. Falkao 2024-cü ilin yanvarından 2025-ci ilin iyuluna qədər bu komandada oynayıb. Sonra müqaviləsini yeniləməyib və azad agent statusu qazanıb. O, “Milyonarios”da 29 oyun keçirib və 11 qol vurub.
Radamel karyerası ərzində “Lanseros Boyaka”, “River Pleyt”, “Portu”, “Atletiko”, “Monako”, “Mançester Yunayted”, “Çelsi”, “Qalatasaray” və “Rayo Valyekano”da da oynayıb. O, 2007-ci ildən 2023-cü ilə qədər Kolumbiya yığmasında 104 oyuna 36 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью