Sabiq klubuna qayıtmaq istəmir

17.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo Angissa qarşıdakı qış transfer pəncərəsində sabiq komandası “Marsel”ə dönməyi düşünmür.

Futbolpress.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşrin məlumat yayıb.

Bütün diqqətini hazırkı klubundakı çıxışına cəmləyən kamerunlu futbolçunun oyunundan “Napoli”nin rəhbərliyi və məşqçilər korpusu da tam razıdır.

Xatırladaq ki, 2015-2018-ci illərdə “Marsel”in şərəfini qorumuş Angissa 2022-ci ilin yayında İngiltərənin “Fulhem” klubundan təxminən 16 milyon avroya Neapol təmsilçisinə transfer olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью