Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Borussiya” (Dortmund) Jadon Sançonu üçüncü dəfə komandaya qaytarmaq variantını nəzərdən keçirir.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, Almaniya klubu iyulun 1-dən etibarən azad agent olan 26 yaşlı futbolçunun transferini müzakirə edir. Həmçinin Sançonun da Dortmund klubuna qayıtmaq üçün maaş tələblərini əhəmiyyətli dərəcədə azaltmağa hazır olduğu vurğulanır. O, “Mançester Yunayted”də illik təxminən 15 milyon avro qazanıb.
Məlumata görə, “Borussiya”nın baş məşqçisi Niko Kovaç Sançonun qayıdışına müsbət yanaşır.
Qeyd edək ki, Sanço Dortmundda iki ayrı dönəmdə ümumilikdə 158 oyuna çıxıb. Onun 2021-ci ildə 73 milyon funt sterlinqə “Mançester Yunayted”ə satılması klub tarixində rekord transfer olaraq qalır. Lakin İngiltərədəki karyerası gözləntiləri doğrultmayıb. Futbolçu ötən mövsüm “Çelsi” və “Aston Villa”da icarə əsasında çıxış edib və cəmi 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.