Sabiq korpus komandiri dünyasını dəyişdi

23.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью