futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın “RB Leyptsiq” klubu “Milan”ın fransalı hücumçusu Kristofer Nkunkunu mövsümün sonuna qədər icarəyə götürüb.
Futbolpress.az xəbər verir ki, müqavilədə Bundesliqa təmsilçisi üçün futbolçunu tam transfer etmək hüququ verən satınalma opsiyası da nəzərdə tutulub.
28 yaşlı hücumçu 2019–2023-cü illərdə də “RB Leyptsiq” forması geyinib. O, bu müddətdə 172 rəsmi oyunda meydana çıxaraq 70 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub və komandası ilə 2022, eləcə də 2023-cü illərdə Almaniya Kubokunun qalibi adını qazanıb.
Nkunku geridə qalan mövsümdə “Milan”ın heyətində 35 matçda şans qazanıb, 8 qol və 3 asisstlə yadda qalıb.