Sabiq “Liverpul”lu 2 ci bundesliqada oynayacaq

20.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Loris Kariusun yeni komandası müəyyənləşib.

O, bundan sonra Almaniyanın 2-ci bundesliqasında oynayacaq. 31 yaşlı qapıçı “Şalke-04” ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib.
Lorisin sonuncu klubu ötən ilin yayında tərk etdiyi “Nyukasl” olub. Alman futbolçu karyerası ərzində “Maynts-05”, “Liverpul”, “Beşiktaş” və “Union”un da formasını geyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью