Sabiq Liverpullu 2ci Bundesliqa klubunda

10.01.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Liverpul"un sabiq qapıçısı Loris Karius karyerasını 2-ci Bundesliqada davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı qaolkiper "Şalke" ilə anlaşıb. Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, son olaraq Premyer Liqada "Nyukasl"da çıxış edən almaniyalı qapıçı "Maynts", "Beşiktaş" və "Union"da (Berlin) da oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью