Sabiq Liverpullu karyerasını bitirir

29.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Tanınmış alman qapıçı Loris Karius karyerasını bitirməyi düşünür. 

Fanat.Az xəbər verir ki, məlumatı insayder Nikola Skira yayıb. 
Loris ötən mövsüm başa çatdıqdan sonra İngiltərə "Nyukasl"ından ayrılsa da, hələ də özünə yeni klub tapmayıb. Bu səbəbdən, 31 yaşlı qolkiper karyerasını bitirməyi ciddi şəkildə düşünür. O, yekun qərarını yaxında verəcək. 

Karius daha çox 2016-2022-ci illərdə məxsus olduğu "Liverpul"dakı çıxışları ilə tanınır. Qapıçı həmçinin, Almaniyanın "Maynts" və "Union Berlin", Türkiyənin "Beşiktaş", "Mançester Siti"nin əvəzedici komandasında da çıxış edib. 

O, ötən mövsüm "Nyukasl"ın heyətində cəmi 1 matçda qapını qoruyub.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью