Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Londonun “Çelsi” klubu orta sahəni gücləndirmək məqsədilə azad agent statusunda olan yarımmüdafiəçi Corcinyo Veynaldumu heyətinə cəlb etmək istəyir.
Futbolpress.az “Foot Mercato”nun insayderi Santi Aunaya istinadən xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi Niderland millisinin 35 yaşlı keçmiş kapitanının nümayəndələri ilə birbaşa əlaqə saxlayıb.
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu ilə müqavilə müddəti başa çatan təcrübəli futbolçu yenidən Avropaya qayıtmağa müsbət yanaşır. Veynalduma MLS və digər çempionatlardan da təkliflər olsa da, niderlandlı yarımmüdafiəçi vaxtilə “Liverpul”un şərəfini qoruduğu İngiltərə Premyer Liqasına dönməyə üstünlük verir.